2024.02.01. Budapest

HELL Boxing Kings

2024-cü ildə HELL Boxing Kings və boks üzrə doqquz qat dünya çempionu Roy Jones Jr. ilə birlikdə 10 ölkədən ən yaxşı boksçuları axtarır.

Boksda yeni dövr

Budapeşt, 1 fevral 2024-cü il.

2024-cü ildə HELL Boxing Kings və boks üzrə doqquz qat dünya çempionu Roy Jones Jr. ilə birlikdə 10 ölkədən ən yaxşı boksçuları axtarır.

HELL ENERGY 2024-cü ildə unikal beynəlxalq yarışlar təşkil etməklə boks dünyasında inqilabi addım atır. 60-dan çox ölkədə fəaliyyət göstərən enerji içkisi istehsalçısı indi il boyu davam edəcək, ümumi mükafat fondu 1.000.000 ABŞ dollarından artıq olan HELL Boxing Kings boks turniri ilə paralel hallanacaq!

Matçlar HELL Boxing Kings YouTube kanalında və sosial media platformalarında yayımlanacaq.

Yarışların yarımfinal, final və digər mərhələləri canlı yayımlanacaq.

“Hazırlıq, təvazökarlıq, çalışqanlıq: Sizin vaxtınız gəldi!”

Beynəlxalq boks yarışında seçim zamanı 10 ölkədən ən yaxşı və ən güclü idmançılar seçiləcək və onlar yekunda 4 çəki qrupunda HELL Boxing Kings-in çempionluq kəmərləri uğrunda mübarizə aparacaqlar.

Çempionluq titulundan əlavə 100.000 ABŞ dolları , həmçinin HELL ENERGY Promotion-dan peşəkar müqavilə imkanı əldə edəcəklər.

Yalnız sertifikatlı idmançılar deyil, hər kəs böyük pul mükafatı üçün rinqə çıxa biləcək. Bu yarış həm də bacarığı olan, lakin hər hansı bir səbəbə görə özünü sübut etmək imkanı olmayan boksçuların və döyüşçülərin peşəkar boks aləminə yolunu açacaq.

Əgər yaşınız 18-dən yuxarıdırsa, 1 fevral 2024-cü il və 15 mart 2024-cü il tarixləri arasında www.hellboxingkings.com saytında  qeydiyyatdan keçə bilərsiniz.

Bu son deyil! Məşhurlar da gəlir!

Canlı yayımlar zamanı məşhur rəqiblər də üç çəki dərəcəsində rinqə çıxıcaqlar. İştirakçı ölkələrdən təmsil olunan ulduzlar da 100.000 dollarlıq baş mükafat və HELL Boxing Kings titulunun şöhrəti uğrunda mübarizə aparacaqlar.

“Sərhədlərinizi siz təyin edirsiniz və onları keçmək sizə bağlıdır!”

2024-cü ildə keçiriləcək HELL Boxing Kings beynəlxalq boks yarışı aşağıdakı ölkələrdən olan iştirakçıları qəbul edir: Macarıstan, Slovakiya, Çexiya, Xorvatiya, Serbiya, Bosniya, Rumıniya, Yunanıstan, Bolqarıstan və Azərbaycan.

Namizədlər mart ayından etibarən öz ölkələrində keçirilən kastinqlərdə iştirak edə bilərlər. İyun ayında burada seçilən iştirakçıları seçmə turları gözləyir və onlar noyabrda canlı yayımlanacaq yarımfinallarda özlərini sübut edə bilərlər.

Final 2024-cü ilin dekabrında Macarıstanda keçiriləcək. Ulduz qonaqlar qalada çıxış edəcəklər və hətta bütün zamanların ən uğurlu boksçularından biri, HELL Boxing Kings-in əsas  siması olan doqquz qat dünya çempionu Roy Cons Jr. həmin gecədə olacaq.

Siz xəyallarınızı müəyyənləşdirirsiniz, HELL Boxing Kings imkanlar yaradır!