HAQQIMIZDA

“HELL ENERGY” ixracatdakı böyümənin və artan qlobal populyarlığın da sübut etdiyi kimi, dünyada ən sürətlə inkişaf edən FMCG markalarından biridir. 100% Macarıstana məxsus enerji içkisi markası 2006-cı ildə bazara çıxıb və 2010-cu ilə qədər artıq ölkədə bazar lideri olub. Daha sonra isə 50-dən çox ölkənin bazarlarına çıxaraq beynəlxalq səviyyədə tanınan əsas oyunçulardan birinə çevrilib. Bu brend, Macarıstandan əlavə Bolqarıstan, Rumıniya, Bosniya və Herseqovina, Slovakiya, Xorvatiya, Yunanıstan və Kipr kimi ölkələrdə də bazar lideridir.

“HELL ENERGY”nin uğurunun əsas səbəbləri məhsulların əla keyfiyyəti, qiymətinin qarşılığında yüksək dəyər bəxş etməsi, geniş miqyasda əlçatanlığı və dünya səviyyəli marketinq-kommunikasiya fəaliyyətləridir. Şirkət enerji içkiləri sektorunda bənzərsiz oyunçudur, bir çox ölkədə bazar lideri olaraq tanınmış markaya, öz ultramüasir qablaşdırma zavoduna və alüminium içki qutusu fabrikinə sahib olduğunu iddia edə biləcək yeganə şirkətdir və bu baxımdan dünya miqyasında misilsiz strateji mövqeyə sahibdir.

Mövcud istehlakçı ehtiyaclarını ödəmək və davamlı inkişaf “HELL”in enerji içkisi portfelinin böyüməsində müstəsna əhəmiyyətə malikdir. Klassik (32 mq / 100 ml kofein, tutti-frutti dadı) enerji içkisinə əlavə olaraq, ekstrim istifadə üçün tövsiyə olunan və 20% daha çox kofein tərkibli HELL STRONG və ya şəkərsiz HELL Zero kimi innovativ məhsullar da bu markanın çətiri altında toplanıb.

İTrendləri diqqətlə izləyən şirkətin missiyası enerji içkilərində artıq mövcud olan inqrediyentlərdən fərqli, yeni inqrediyentlərdən istifadə edərək funksional içkilər istehsal etməkdir. Bu məqsədlə ümumilikdə tərkibində 11 inqrediyent olan (maqnezium və L-karnitin daxil olmaqla) “HELL STRONG FOCUS” 2017-ci ildə, BCAA və L-karnitin və həmçinin 60% daha az şəkər tərkibi ilə aktiv həyat tərzində yaşayan insanlar üçün tövsiyə edilən “HELL ENERGY Active” isə 2018-ci ildə təqdim edilib.

“HELL ENERGY”nin satış fəaliyyəti əvvəlindən bənzərsiz marketinq ilə dəstəklənib. Beynəlxalq böyümədə ilk addım 2009-cu ildə “AT&T Williams” Formula 1 komandası ilə əldə olunan iki illik əməkdaşlıq oldu və bununla da “HELL ENERGY” Formula 1 dünyasında sponsor kimi yer almış ilk Macarıstan şirkəti və həmçinin bu yarışda enerji içkiləri sektorunu təmsil edən ikinci brend oldu. Beynəlxalq səhnəyə çıxış brendin fərqli qitələrdə də tanınmasına gətirib çıxardı, ancaq bu, “HELL”in çox yüksək səviyyədə təşkil olunan yeganə marketinq fəaliyyəti deyil: 2018-ci ildə marka özünəməxsus reklam kampaniyası üçün “Hollywood”un ən böyük ulduzlarından biri Brus Uillis ilə əməkdaşlıq etdi. Reklam kampaniyasının böyük uğurunu nəzərə alaraq brend, 2020-ci ildə bir daha məhsullarının siması olmaq üçün əfsanəvi aktyora və dünyanın ən gözəl qadını seçilən Zuleyka Riveraya müraciət etdi. Riviera eyni zamanda 6.7 milyard baxış sayı ilə tarixin ən çox izlənilən video klipi “Despacito”da rol alıb. Yeni kampaniya yalnız “HELL” enerji içkisini deyil, həm də bu il beynəlxalq bazarlarda satışa çıxarılacaq yeni latte ailəsi “HELL ICE COFFEE”ni də tanıdır. Daxilində həqiqi Arabika və Robusta qəhvə ekstraktı olan və heç bir konservant ehtiva etməyən 75% südlü soyuq qəhvə rekord müddət ərzində istehlakçıların sevimlisinə çevrildi. Belə ki, bu məhsul hətta “HELL ENERGY Drink”in uğurunu üstələdi və bir ildən az müddətdə, 2020-ci ilin yayında Macarıstanda bazar liderinə çevrildi. Şirkətin inkişafına əsasən artıq özünəməxsus istehsal müəssisəsindən tədarük ediləcək latte məhsullarından ixracat ölkələrində də oxşar nəticələr gözlənilir.

İnnovasiya və məhsulların davamlı inkişaf etdirilməsi hələ də şirkət üçün ən vacib məsələlərdən biridir. Məhz buna görə brendin pərəstişkarları, şübhəsiz ki, yaxın illərdə də bir çox innovasiya və yeniliklər görəcəklər!