2020.02.28. Budapest

Brus Vİlls və hell yenİdən bİrləşİradián

Bütün dünyada tanınan məşhur brend, super ulduzla bağlanmış müqaviləni daha iki il uzatdı Budapeşt

Dünyanın ən məşhur enerji içkisi brendlərindən biri olan və Macarıstan bazarına liderlik edən HELL ENERGY, Brus Vills ilə əməkdaşlığını davam etdirir. Super ulduz növbəti iki boyunca HELL-in qlobal reklam kampaniyasının üzü olmağa davam edəcək. Qarşıdan gələn reklam çarxında HELL CLASSIC-ə əlavə olaraq şirkət portfelindəki ən yeni məhsul –  HELL ENERGY COFFEE də təqdim olunacaq. Hollivud aktyoru ilə yanaşı 6,6 milyard baxış sayı olan Despacito video klipi ilə tanınan gözəl model/aktrisa Züleyxa Rivera da reklam kampaniyasında yerini alacaq.

Dünya miqyasında tanınan bir məşhurla birlikdə işləmək hətta qlobal brendlər üçün belə önəmli bir məsələdir. HELL ikinci dəfə Hollywood əfsanəsi Brus Vills ilə müqavilə bağlayır. Mükəmməl keyfiyyətli enerji içkiləri və keçən ildən başlayaraq həmçinin soyuq qəhvə istehsal edən Macarıstan şirkətinin məhsulları 5 fərqli qitədə və Hindistandan Meksikaya qədər 50-dən çox ölkədə mövcuddur. Şirkət, iki il əvvəl bütün dünyada tanınan və HELL-in təmsil etdiyi dəyərləri özündə cəmləşdirən bir super ulduz axtarışına çıxmışdı.

HELL ENERGY-nin beynəlxalq rabitə və marketinq direktoru Péter Pantl: “İki il əvvəl etdiyimiz seçimin nə dərəcədə uğurlu olması əsasən istehlakçıların rəyləri ilə sübut olunur, çünki hər gün istifadə edəcəkləri sevimli enerji içkisini seçənlər onlardır. Brus Vills, HELL brendinin təmsil etdiyi hər şeyə sahibdir: güclü, dinamik və cəsarətlidir. Son iki ildə gördüyümüz işlər,  keyfiyyətə sadiqlik xüsusiyyətlərimizin də bir birinə oxşar olduğunu təsdiqlədi. Buna görə də onunla işləməyə davam edib etməyəcəyimiz sualının cavabı çox asan oldu” O həmçinin əlavə etdi: “Təbii ki, davam etmək istəyirik və bu dəfə Brus Villsin yanında bir başqa bir dünya şöhrətli bir ulduz, Züleyxa Riveranı da qlobal reklam kampaniyamıza daxil etdik. Model və aktrisa 2006-cı ildə Miss Universe titulunu qazanıb və Macarıstanda ən çox Despacito video klipinə görə tanınır. O, həmin vaxtdan bəri bir neçə filmdə rol alıb və uğurlu bir biznes qadınına çevrilib”

Yeni HELL reklam çarxı üçün martın əvvəlində Nyu-Yorkda çəkilişlərə başlanılıb. Bütün brend nümayəndələri bizə bildirir ki, çarxda HELL’in enerji içkisi ilə yanaşı həmçinin HELL ENERGY COFFEE də nümayiş olunacaq.