Enerji içkisi həvəskarlarının yarandığı gündən HELL-in ticarət nişanı olaraq gördükləri “Keyfiyyət və İnnovasiya” HELL ENERGY-nin ən vacib missiyalarından biridir. Şirkətin analoqu olmayan Alman istehsalat texnologiyası ilə təchiz olunmuş “Borsod County” zavodu, FSSC 22000 qida təhlükəsizliyi qaydalarına tam uyğun olaraq yüksək keyfiyyətli enerji içkiləri istehsal edir.

Gyár #1

2011-ci ildə qablaşdırma zavodunun açılışı, o zaman hələ beş yaşı olan HELL markasının qısa, lakin uğurlu tarixindəki ən mühüm hadisələrdən biri oldu. İki Alman maşın istehsalçısının (Krones, KHS) istehsal xəttləri ilə təchiz olunmuş zavod, Avropa standartlarını üstələyən performansa sahibdir. Zavod kompleksi hazırda gündə 7 milyon alüminium qutunu maye enerji ilə doldurur. Bu qutular şirkətin öz içki qutusu fabrikindən, yəni 2017-ci ildə açılan “QUALITY PACK”dən gəlir. Koordinasiya olunmuş işləmə prosesləri sayəsində 2019-cu ildə HELL-in qablaşdırma zavodu və içki qutusu fabriki, ən effektiv istehsal-dəstək prosesləri kateqoriyasında İlin Ən Yaxşı Zavodu Mükafatına layiq görülüb.

Gyár #2

HELL-in canlandırıcı dadı yüksək keyfiyyətli tərkib və ən son texnologiyanın istifadəsi ilə ərsəyə gəlir. Enerji içkisinin istehsalı prosesinə peşəkar mütəxəssislər nəzarət edir və yalnız qüsursuz məhsulların istehlakçılara çatdırılması təmin olunur.

Artan istehsal həcminə və ixrac bazarlarına etibarlı şəkildə xidmət etmək üçün HELL şirkətlər qrupunun üzvü və Macarıstanın ilk alüminium içki qutusu fabriki “QUALITY PACK”, 2017-ci ilin yazında inşa edilib. 42.000 kvadrat metr ərazidə tikilmiş fabrik 75%’i təkrar emal edilən alüminium xammalından istifadə edərək ildə 1,5 milyard 250 ml ölçüdə içki qutusu və qutu qapağı istehsal gücünə malikdir. Bu qutuların da 100%’i təkrar emal olunur. Belə bir fabrikə sahib olmaq “HELL ENERGY” brendinin məhsullarını xarici mənbələrdən istifadə etmədən tamamilə öz hesabına istehsal etdiyini deməyə əsas verir.

Gyár #3

İstehsalat kompleksinin ən son incisi, 10 sentyabr 2020-ci il tarixində təhvil verilən, alüminium qablarda süd tərkibli içkilərin istehsalı üçün nəzərdə tutulmuş qablaşdırma zavodudur. 2019-cu ildə bazara çıxan “ENERGY COFFEE” brendi əvvəlcə Almaniyada kirayə götürülmüş müəssisədə istehsal olunurdu, lakin 2019-cu ilin noyabr ayında ən son texnologiya ilə təchiz olunmuş 11.880 kvadrat metrlik yeni zavodun inşasına başlanıldı və burada hazırda saatda 50.000 qutu yüksək keyfiyyətli buzlu qəhvə hazırlanır. Beləliklə, 3 orijinal versiyadan əlavə (Latte, Kappuçino və İncə Latte), 2021-ci ildən bəri iki yeni məhsul: İkili Espresso və Hind Qozu, yüksək keyfiyyətli yerli süddən lokal istehsal olunur.

Gyár #4