“HELL ENERGY”nin satış fəaliyyəti əvvəlindən bənzərsiz marketinq ilə dəstəklənib. Beynəlxalq böyümədə ilk addım 2009-cu ildə “AT&T Williams” Formula 1 komandası ilə əldə olunan iki illik əməkdaşlıq oldu və bununla da “HELL ENERGY” Formula 1 dünyasında sponsor kimi yer almış ilk Macarıstan şirkəti və həmçinin bu yarışda enerji içkiləri sektorunu təmsil edən ikinci brend oldu. Beynəlxalq səhnəyə çıxış brendin fərqli qitələrdə də tanınmasına gətirib çıxardı, ancaq bu, “HELL”in çox yüksək səviyyədə təşkil olunan yeganə marketinq fəaliyyəti deyil: 2018-ci ildə marka özünəməxsus reklam kampaniyası üçün “Hollywood”un ən böyük ulduzlarından biri Brus Uillis ilə əməkdaşlıq etdi. Reklam kampaniyasının böyük uğurunu nəzərə alaraq brend, 2020-ci ildə bir daha məhsullarının siması olmaq üçün əfsanəvi aktyora və dünyanın ən gözəl qadını seçilən Zuleyka Riveraya müraciət etdi. Riviera eyni zamanda 6.7 milyard baxış sayı ilə tarixin ən çox izlənilən video klipi “Despacito”da rol alıb. Yeni kampaniya yalnız “HELL” enerji içkisini deyil, həm də bu il beynəlxalq bazarlarda satışa çıxarılacaq yeni latte ailəsi “HELL ENERGY COFFEE”ni də tanıdır. Daxilində həqiqi Arabika və Robusta qəhvə ekstraktı olan və heç bir konservant ehtiva etməyən 75% südlü soyuq qəhvə rekord müddət ərzində istehlakçıların sevimlisinə çevrildi. Belə ki, bu məhsul hətta “HELL ENERGY Drink”in uğurunu üstələdi və bir ildən az müddətdə, 2020-ci ilin yayında Macarıstanda bazar liderinə çevrildi. Şirkətin inkişafına əsasən artıq özünəməxsus istehsal müəssisəsindən tədarük ediləcək latte məhsullarından ixracat ölkələrində də oxşar nəticələr gözlənilir.

İnnovasiya və məhsulların davamlı inkişaf etdirilməsi hələ də şirkət üçün ən vacib məsələlərdən biridir. Məhz buna görə brendin pərəstişkarları, şübhəsiz ki, yaxın illərdə də bir çox innovasiya və yeniliklər görəcəklər!